Rəşad Sadıqov qışda edəcəyi transferlərdən danışdı

20 Noyabr 2021 18:50 Zirə 1 272
Rəşad Sadıqov qışda edəcəyi transferlərdən danışdı

“Oyuna təmkinli başladıq. Rəqibin son matçlarda bu sistemdən istifadə etdiyini bilirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

39 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XI turunda “Səbail” üzərində 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonrakı mətbuat konfransında komandasının çıxışını dəyərləndirib:

- Bütün komandalar ikinci zonada pressinq tətbiq edir, təhlükəli əks-hücumlar qurur. Biz də təmkinli başlamağa qərar verdik. Daha çox topa nəzarət edərək, rəqibin dinamikasını aşağı salmağa çalışdıq. İkinci hissədə daha açıq və baxımlı futbol getdi. Yaxşı qol imkanlarımız oldu, yararlana bimədik. Fasilədən sonra oynamaq həmişə çətindir. İstər-istəməz oyun ritmindən düşürsən. Bu baxımdan bugünkü oyuna görə çox narahat idim. Rəqibin də aldadıcı görüntüsü var. Bəlkə kimsə düşünə bilər ki, “Səbail”lə qarşılaşırsan, rahat olacaq. Əksinə, çempionatın ən vacib oyunu kimi, ən çətin rəqibə qarşı çıxış edəcəyimiz kimi hazırlaşırdıq. Çox vacib 3 xal qazandıq.

- Komanda sizin istədiyiniz futbolun neçə faizini sərgiləyir?
- Bəzi dəqiqələrdə tam mən istəyən oyunu göstəririk. Amma bəzən oyun nizam-intizamından qopuruq. Bəzən psixoloji cəhətdən qorxu gəlir, futbolçularda öz güclərinə şübhə yaranır, bəzən isə rahatlıq gəlir. Ən vacibi komandanı mental şəkildə hazırlamaqdır. Futbolçularıma güvənirəm. Tapşırıqlarımı yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Potensialları var, komandamız yaxşı futbolçulardan qurulub. Düzdür, heyətimiz kasaddır. Məsələn, hücumçularımız yorulanda sistemi dəyişməyə məcbur oluruq, müdafiəçi buraxırıq. Qışda bu yöndə işlər görmək, alınsa heyətimizi daha da genişləndirmək istəyirik. Çünki mənim xüsusilə xoşladığım sistemlərdən biri 4-2-3-1-dir. Bu sxemlə meydana çıxanda isə, demək olar ki, ehtiyatda heç kim qalmır ki, əvəzetmədən hücumu gücləndirək. Filipe Paxtmanın zədələnməsi də planlarımızı alt-üst elədi. Bu yöndə işlər görməliyik. Nə dərəcədə effektli olub-olmayacağını zaman göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı