Premyer Liqanın bombardiri “Zirə”ni tərk edəcək?

18 Noyabr 2021 22:40 Zirə 733
Premyer Liqanın bombardiri “Zirə”ni tərk edəcək?

"Zirə"nin hücumçusu Davit Volkov gələn mövsümə başqa ölkədə başlaya bilər.

Sportinfo.az xəbər verir ki, bunu Gürcüstan millisinin forvardının agenti Levan Zuxbaya açıqlayıb.

Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir. Menecer son 2 ildə ona bir neçə ölkədən təklif gəldiyini gizlətməyib:

"Onunla maraqlanan klublar arasında Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Macarıstan təmsilçiləri olub.

Volkov milli və karyera maraqlarını nəzərə alaraq qərar verəcək. İndi ondan daha çox şey gözlənilir. Əminəm ki, irəliləməyə davam edəcək".

Digər Xəbərlər
Xəbər Lenti