İki yeniliyə imza atdı, ”Zirə”də bu ada yiyələndi

16 Noyabr 2021 02:00 Zirə 1 191
İki yeniliyə imza atdı, ”Zirə”də bu ada yiyələndi

“Zirə”nin futbolçusu Davit Volkov klub tarixinə düşüb.

Sportinfo.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu iki rekorda imza atıb.

Volkov bunu Azərbaycan Premyer Liqasında X turun “Sabah”la səfər oyununda üç qol vurmaqla gerçəkləşdirib.

Het-trik sayəsində Volkov “Zirə”nin heyətindəki qollarının ümumi sayını 19-a çatdırıb. 45 matça çıxan 26 yaşlı forvard klub tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. O, 16 qol vuran Nelson Bonilyanı arxada qoyub.

Volkov həm də “Zirə”nin Premyer Liqadakı ən yaxşı bombardiri olub. O, “Sabah”la qarşılaşmaya qədər şəriki olduğu Nelson Bonilyanı keçib.

40-cı çempionat oyununa çıxan hücumçu het-triklə qol sayını 17-yə çatdırıb. Bonilyanın aktivində 14 top var.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu