Premyer Liqanın bombardiri ilk qolunu vurdu, gürcülərə qələbə qazandırdı - VİDEO

16 Noyabr 2021 00:40 Zirə 1 918
Premyer Liqanın bombardiri ilk qolunu vurdu, gürcülərə qələbə qazandırdı - VİDEO

"Zirə"nin legioneri Davit Volkov Gürcüstan millisində qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Qoridə Özbəkistan seçməsinə qarşı yoldaşlıq matçında fərqlənib.

Yığmada 2-ci oyununu keçirən forvard 41-ci dəqiqədə rəqib qapısına yol tapmaqla komandasına 1:0 hesablı qələbə qazandırıb.

Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM