Azərbaycan Premyer Liqasının bombardiri yığmada necə debüt etdi? - VİDEO

12 Noyabr 2021 00:50 Zirə 1 219
Azərbaycan Premyer Liqasının bombardiri yığmada necə debüt etdi? - VİDEO

"Zirə"nin legioneri Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Tbilisidə İsveç yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda meydana çıxıb.

Görüşə ehtiyatda başlayan Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə oyuna daxil olub.

Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya 61-ci və 77-ci dəqiqələrdə vurub.

Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Gürcüstan - İsveç - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 61, 77

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti