Bilin, “Zirə”də ən çox... FOTO

10 Noyabr 2021 09:00 Zirə 444
Bilin, “Zirə”də ən çox... FOTO

İlkin Muradov “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Sabah”la səfər matçında (3:3) meydana çıxaraq mütləq rekorda imza atıb.

“Bank Respublika Arena”dakı görüş yarımmüdafiəçinin “qartallar”ın heyətində 104-cü matçı olub. O, 103 oyuna çıxan Adil Nağıyevin rekordunu arxada qoyub.

“Sabah”la qarşılaşma İlkin üçün yubileylə də əlamətdar olub. O, bu komandanın heyətində 90-cı çempionat görüşündə iştirak edib.

Digər 14 matç Azərbaycan kubokuna təsadüf edib. Muradov vurduğu 4 qolun hamısına çempionatda imza atıb.

Muradovun debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il aprelin 29-da Premyer Liqanın AZAL-la səfər matçında (3:0) meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!