"Rəşad Sadıqovdan çox şey öyrənmək, hər gün inkişaf etmək olar"

9 Noyabr 2021 00:40 Zirə 924
"Rəşad Sadıqovdan çox şey öyrənmək, hər gün inkişaf etmək olar"

"Öz ölkəmin bayrağı altında oynaya biləcəyim üçün sevincliyəm.

Bu, mənim üçün həqiqətən böyük xoşbəxtlikdir".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin gürcüstanlı futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alması barədə "Lelo" nəşrinə müsahibəsində deyib.

26 yaşlı hücumçu bildirib ki, son iki mövsümdə Azərbaycan Premyer Liqasındakı çıxışı yığmaya çağırılmasında mühüm rol oynayıb:

"Belə bir gözləntim var idi. Mən məşqlərdə öz işimlə məşğul olmalıyam. Oynayıb-oynamayacağıma isə baş məşqçi qərar verəcək".

Forvard "Zirə"də özünü yaxşı hiss etdiyini söyləyib: "Bu komandada öz oyunumu tapdım. Rəşad Sadıqov kimi baş məşqçinin rəhbərliyi altında çox şey öyrənmək və hər gün inkişaf etmək olar".

Volkov cari mövsümdə qarşısına qol sayı ilə bağlı hədəf qoymadığını vurğulayıb: "Bunu edə bilmərəm. Çünki vurduğum hər qol önəmlidir və mənə sevinc bəxş edir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti