Rəşad Sadıqova deyilməli olan söz

8 Noyabr 2021 19:00 Zirə 646
Rəşad Sadıqova deyilməli olan söz

Premyer Liqada mübarizə tədricən bir qəlib formasını alır.

Suyun axıb, çuxurunu tapdığı kimi.

«Zirə» barəsində formalaşan fikirləri alt-üst etməkdə, praqmatik futbol oynadığı yönündə rəyləri dağıtmaqdadır.

Hə, bu, artıq birmənalı təqdimatdır: rəqib «Zirə»yə nə cür oyun üslubu təklif etsə, o formada da reaksiya görəcək. Hücumsa, hücum. Müdafiəsə, müdafiə.

Bilirsiz, futbolda qarşılıqlı münasibət önəmli faktordur.

Rəqibdən rəqibə fərq ola bilər, amma hakimin tərəflər arasında fərq qoymaması daha çox vacibdir.

«Zirə»nin son həftələrdə gördüyümüz yüksələn oyun qrafiki həm də bununla əlaqədardır. Hakimlərin təzyiqi azalınca, komandanın əhval-ruhiyyəsi yaxşılaşır, qazanmaq istəyi daha da güclənir.

Əlbəttə, «Zirə» bu münasibəti daha əvvəldən, ilk turlardan etibarən görsəydi, hazırda çempionatın açıq-aşkar lideri idi, böyük fərqlə önə çıxmışdı.

İlk dövrədə 10-a yaxın xalı zorla əlindən alınmış kollektiv hər şeyə rəğmən, yenə də medal yarışmasından qopmayıbsa və turnir cədvəlinin üst səmtində özünə «yuva» qurubsa, bizdən Rəşad Sadıqova, köməkçilərinə və bu «orkestr»in digər təmsilçilərinə «möhkəm olun» demək düşər.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti