Premyer Liqanın bombardiri ilk dəfə bu ölkənin yığmasına çağırıldı

8 Noyabr 2021 13:40 Zirə 1 123
Premyer Liqanın bombardiri ilk dəfə bu ölkənin yığmasına çağırıldı

"Zirə"nin legioneri Davit Volkov ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçunun adı İsveçlə dünya çempionatının seçmə oyunu və Özbəkistanla yoldaşlıq görüşü üçün açıqlanan heyətə əlavə olunub.

O, zədəli olduğu üçün heyətdən çıxarılan Belçika "Serena"sının forvardı George Mikautadzeni əvəzləyib. Baş məşqçi Villi Sanyolun açıqladığı siyahıda ümumilikdə 25 oyunçu yer alıb.

Gürcüstan İsveçlə noyabrın 11-də, Özbəkistanla isə noyabrın 15-də üz-üzə gələcək. Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!