Rəşad Sadıqov: “Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq”

1 Noyabr 2021 19:20 Zirə 901
Rəşad Sadıqov: “Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq”

“Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqova məxsusdur.

Gənc mütəxəssis Premyer Liqanın növbəti turunda üz-üzə gələcəkləri “Sabah”da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib:

“Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. “Krasnodar”da U-19-lar Çempionlar Liqasında çıxış edəndə belə, bu komandanın çıxışını izləyirdim.

O, əsas komandada çalışanda da izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq.

“Sabah” da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq.

“Qəbələ” ilə oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Və biz onlara qarşı nələr edə biləcəyik.

Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik.

Çünki “Sabah”a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti