Qorxudan uzaqlaşmıış "Zirə"…

31 Oktyabr 2021 13:00 Zirə 929
Qorxudan uzaqlaşmıış "Zirə"…

«Zirə» artıq tam mənasıyla Rəşad Sadıqova məxsusdur.

Buna zərrə qədər şübhə olmasın.

İş gedir və bu, hər ötən həftə özünü daha qabarıq formada özünü göstərir.

Gedişat bir şeylərdən xəbər verir. Məsələn, komandanın ən azı qış fasiləsinədək liderlər qrupundan qopmamasından. Bir yerdə qalmayan, üsütnə qoya-qoya gedən oyun anlayışı «Zirə»ni ümidverici edir.

Rəşad Sadıqovun ixtiyarındakılar əsgərdir. Sıravi əsgərdir. O, «drijor» axtarmayıb, seçim edərkən bu xarakterdə birinin üzərində dayanmayıb.

Tapdıqlarının, güvəndiklərinin hər bir üzvü əmr yerinə yetirəndir. Adətən, məşqçi komandası bu cür qurulur – nizam olmaldır - meydanda və ondan kənarda.

Hücum futboluna keçid «Zirə»yə yaraşır. Kaş hər oyunda xoşbəxtliyi irəlidə axtarsınlar. Bu, onlarda alınır, sürətli həmlə futbolçuları çoxdur.

Davit Volkov, Təmkin Xəlilzadə, Ağabala Ramazanov… Loris Broqnodan irəlidə hələ çox bəhs edəcəyik.

Belçikalı hücumçu zədəyə və ya başqa bir tutarlı səbəbə görə kənarda qalmasa, meydanda çox iş görəcək. Necə ki, artıq görməyə başlayıb.

İlk dəfə «Sumqayıt»la oyunda fərqlənən Broqnonun «Keşlə»yə vurduğu qolu tək kəlmə ilə belə ifadə etmək olar – ağıl məhsulu. Qurulan hücumu məntiqi sonluğa çatdıran belçikalının «fürsətçil adamlığı» «Zirə» üçün avantajdır.

«Zirə» indi nisbətən sərbəstlik əldə edib, qorxu-hürküdən uzaqlaşıb. Oyunları ilə belə təsir bağışlayırlar.

Gərək bunu da qeyd edək. Çün bu aralar hakim qərəzi ilə demək olar üzləşmirlər.

İlk həftələrdəki münasibət hara, son turlardakı münasibət hara! Hakimlərdən daim antipatik elektrik almış komandanın canı dincəlmiş, «çıldaq»lanmış kimi görünür.

Əlbəttə, bu, psixoloji təzyiqi arxada qoyub, düz yola çıxmaq baxımından çox əhəmiyyətli və həlledici nüansdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti