”Zirə”nin ”beyin”i uzun marafona işarə etdi: ”Bizi gözləyir”

30 Oktyabr 2021 09:40 Zirə 756
”Zirə”nin ”beyin”i uzun marafona işarə etdi: ”Bizi gözləyir”

“Zirə”nin Premyer Liqanın 8-ci turunda “Neftçi“yə 1:2 hesabıyla məğlub olması fonunda “Qəbələ” Bakıda “Keşlə“ üzərində qələbə qazanıb (3:2), aradakı xal fərqini artırdı.

İndi Rəşad Sadıqovun komandasını bölgə təmsilçisindən 3 xal ayırır.

Növbəti xal itkisi isə aradakı xal fərqinin artmasına səbəb ola bilər.

Maraqlıdır, “qartallar“ın yarımmüdafiəçisi Coşqun Diniyev bununla bağlı nə düşünür? “Qəbələ”nin məğlubiyyətsiz irəliləməsi onları narahat edirmi? Diniyevi dinləyək:

“Hazırda əsas məqsədimiz qarşdakı oyunlara hazırlaşmaqdı. “Keşlə” ilə oyundan sonra qarşıda 19 tur olacaq. İndidən nəsə demək çətindir. Uzun marafon bizi gözləyir”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti