Azərbaycan Premyer Liqasınıjn 8-ci turunda ötən turun məğlubları üz-üzə gələcək.
7-ci turda “Neftçi”yə uduzan “Zirə” doğma azarkeşləri önündə “Qəbələ”yə boyun əyən “Keşlə”ni qəbul edəcək.
Lakin zirəlilər üçün heç də asan olmayacaq. Çempionla oyunda yaradılan qol şanslarını boşa verən “qartallar” rəqibin son dəqiqələrdə vurduğu qolla məğlub oldu ki, yenilginin kollektivdə psixoloji sarsıntıya yol açacağı inandırıcı görünür.
Komandanın aparıcı üzvlərindən sayılan Coşqun Diniyev belə düşünmür. 26 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında matça hazırlıqla bağlı danışıb:
“Bütün oyunlara hazırlaşdığımız kimi, bu matça da hazırlığımız normal qaydada davam edir. Çətin oyun olacağını bilirik. Ab-hava normaldır komandada.
Ümid edirəm ki, uğurlu nəticə qazanarıq. Rəqibə hörmətlə yanaşırıq. “Qəbələ” ilə oyunda məğlub olmaqlarına baxmayaraq, çox yaxşı oynadılar və bizim üçün çətin olacaq”.
“Zirə” – “Keşlə” görüşü oktaybrın 30-u, saat 16.00-da başlayacaq.
HƏBİB

