"Rəşad Sadıqov bu kluba gəlməyimi çox istəyirdi"

28 Oktyabr 2021 13:20 Zirə 1 890
"Rəşad Sadıqov bu kluba gəlməyimi çox istəyirdi"

"Karyeramı ölkə xaricində davam etdirmək istəyirdim".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin legioneri Məhəmməd Hamdaui deyib.

Yayda "De Qrafşap"dan gələn niderlandlı yarımmüdafiəçi qəsəbə təmsilçisinə keçidində baş məşqçi Rəşad Sadıqovun önəmli rol oynadığını vurğulayıb.

Əslən mərakeşli 28 yaşlı futbolçu məhz Sadıqovun istəyilə bu komandaya transfer olunduğunu söyləyib:

"O, həqiqətən bu kluba keçməyimi çox istəyirdi. Mənim burada xoş qarşılanmağım üçün hər şeyi etdi.

Sadıqov futbolu çox sevir və bizə güvən verir. Onun çox yaxşı baş məşqçi olduğunu deyə bilərəm. Hələ buraya gəlməzdən əvvəl "Zirə" haqqında mənə çox şey demişdi" (report).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti