Rəşad Sadıqovdan gündəmi dəyişdirəcək İDDİALI SÖZLƏR - VİDEO

24 Oktyabr 2021 02:10 Zirə 928
Rəşad Sadıqovdan gündəmi dəyişdirəcək İDDİALI SÖZLƏR - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, səfərdə 1:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyunun şahidi olduq. Meydanda mübarizə var idi. Erkən qolla hesabı açdıq. Rəqibin böyük qüvvə ilə irəli atılıb üzərimizdə təzyiq yaratması normal idi.

Ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə isə oyunu bərabərləşdirə bildik. Komandama təşəkkür edirəm. Səfərdə çempiona qarşı bu cür mübarizəyə alqış düşür.

Futbol hesaba görə oynanılır. Rəqib də qol vurandan sonra tam fərqli oynayır. Hesab 1:1 olarkən böyük qüvvə ilə irəli atıla bilməzdik.

Bu, böyük ağılsızlıq olardı. Müdafiədə bəzi futbolçularımız yoruldu. Ona görə də ehtiyatlı oynadıq. Yaxşı hücumlarımız olsa da, sonluğunu gətirə bilmədik.

Coşqun Diniyev aparıcı futbolçulardan biridir, oyunu onun üzərində qururam. Onda da yorğunluq hiss etdim. Məcburiyyətdən dəyişdim. Rəqibin yarımmüdafiə xəttində sürətli futbolçular var.

Bu səbəbdən dəyişikliyə əl atdım. Təmkin Xəlilzadə də yorulmuşdu. Qol epizodunda gecikdi. Ona oyun ərzində çox güc düşdü. Kritik həmlələri də oldu. Əlimizdən gələni etsək də, xal qazana bilmədik.

Məğlub olsaq da, komandamdan razı qaldım. Mənim üçün nəticə hər şey demək deyil. Komandanın mübarizə aparması daha önəmlidir.

Bu gün qələbə qazanıb, oyunu sönük keçirsəydik, razı qalmazdım. Bu tempdə davam etsək, komanda daha da inkişaf edəcək”.

Sadıqov yığmanın baş məşqçisi vəzifəsinə namizəd göstərilməsinə də münasibət bildirib: “Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun.

Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm.

18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə “yox” demərəm”.

Digər Xəbərlər
Xəbər Lenti