"Zirə"nin yeni transferi Bakıya vuruldu, "səviyyə yaxşıdır" söylədi

10 Oktyabr 2021 19:40 Zirə 1 433
"Zirə"nin yeni transferi Bakıya vuruldu, "səviyyə yaxşıdır" söylədi

"Bakı Avropa şəhərləri kimidir, sürətlə böyüyür".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin hücumçusu Loris Broqno səsləndirib.

Yaxınlarda qəsəbə klubu ilə 1 illik müqavilə imzalayan belçikalı forvard Bakı şəhərini tərəfləyib.

29 yaşlı legioner yeni komandasında özünü yaxşı hiss etdiyini söyləyib: "Bakı Olimpiya Stadionunun yaxınlığında yaşayır, oradakı meydançada məşq edirik.

Yalnız oyun günləri paytaxtdan 13 kilometr aralıda yerləşən Zirəyə gedirik. Çempionatın səviyyəsi yaxşıdır, oyunlar gərgin keçir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti