
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama görüşü keçirib.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə qarşılaşıb.
Matç Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində oynanılıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Neftçi" - "Qəbələ" 1:1
Qollar: Tiaqo Bezerra, 45+2 (1:0), İsnik Alimi, 74 (1:1)
Qırmızı vərəqə: Sezar Meza Kolli, 64 ("Neftçi")