“Zirə”də 4 ildən sonrakı sevinc

2 Oktyabr 2021 21:20 Zirə 600
“Zirə”də 4 ildən sonrakı sevinc

“Zirə” nin mövsümə əla başladığını deyə bilməsək də, hazırkı durumu yaxşı adlandıra bilərik.

“Qartallar” Premyer Liqada keçirdiyi 6 oyundan 11 xal toplamaqla bir oyun artıq keçirən “Qəbələ”ylə “Qarabağ”a lider şəriki olmağı bacardı.

Yüksək dəstədə 2016-17 mövsümündən iştirak edən zirəlilər, indiyə qədər yalnız bir dəfə bu cür uğurlu startla yadda qalmışdı.

Bu, 2017-18 mövsümünə təsadüf edir. Həmin çempionatda qəsəbə təmsilçisi 6 oyundan 14 xal toplaya bilmişdi – 4 qələbə, 2 heç-heçə.

Digər mövsümlərdə 6 turdan sonrakı xal göstəricisi 11-dən aşağı olub.

Bu o deməkdir ki, “Zirə” tarixində ikinci dəfə 6 matçda 10-dan artıq xal toplamağa nail olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti