“Zirə”, göz, dirilik suyu

2 Oktyabr 2021 17:00 Zirə 457
“Zirə”, göz, dirilik suyu

Premyer Liqanın altıncı həftəsindəyik.

İştirakçı sayının azlığı zaman mənasnda qüvvələr nisbətinin sərhədlərini müəyyənləşdirməkdə problem yaradır.

«Qarabağ» və «Neftçi»ni hesaba qatmasaq, hesab olunur ki, digər 6 komanda yuxarı-aşağı eyni səviyyədədir.

Məncə, «Zirə» tədricən fərqlənəcək. Bunun ilk simptomları dünən «Sumqayıt»la qarşılaşmada hiss olundu.

Rəşad Sadıqıov futbolçularından yalnıız mübarizə aparmağı, rəqiblərlə sonadək güləşməyi tələb etmir. Bununla bahəm, futbolçularından futbol oynamalarını istəyir.

Bir məşqçinin gördüyü işin məhsulu ilə tanışlıq üçün minimum 6-6 oyun gözləmək lazımdır. Moskva da birdən-birə qurulmayıb, hissə-hissə, yavaş-yavaş tikilib.

Allah gözü yalnız gözəllik görmək eşqinə Adəm övladıına hədiyyə etməyib. Göz tərəzidir - düzü səhvdən, səhvi düzdən ayırmaq üçün.

Bu göz deyir ki, «Zirə» mövsümün axırında avrokuboklara getmək iqtidarındadır.

Bir qələbə ikinciyə, ikinci üçüncüyə, üçüncü dördüncüyə inamı artırır və mən «Sumqqayıt»la oyunda «Zirə»dəki bu artımın şahidiyəm. Düzdür, deməzdim ki, futbolçular baş məşqçinin verdiyi tapşırıqları 100 faiz yerinə yetirdi. Hardasa olar da, 40-50 faiz.

Hakimlərin onlardan əl çəkməsindən ümidlənmiş kimi görünən komandanın bütün üzvləri sanki diriliş suyu içib.

Cəsarətləniblər. Önə oynayırlar, yan və arxa paslardan az istifadə edirlər.

Coşqun Diniyev və Təmkin Xəlilzadə orta sahəni canlandırıb. Mohamed Hamdaui da ilk turlardan fərqli olaraq, indi daha inamlı təsir bağışlayır.

Debüt matçında qol hesabını açan Loris Broqno isə “ac hərif”dir. Belçikalı hücumçu məziyyətlərinin çoxunu özündə cəmləşdirib. Georgi Volkovla tandemi bol qol vəd edir.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti