"Zirə"li futbolçudan həssas paylaşım: "Mən heç vaxt buna hazır deyildim" - FOTOLAR

29 Sentyabr 2021 10:40 Zirə 656
"Zirə"li futbolçudan həssas paylaşım: "Mən heç vaxt buna hazır deyildim" - FOTOLAR

44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarından biri də "Zirə" ailəsinin üzvü İlqar Bürcəliyev oldu.

"Zirə"nin U-17 komandasının sabiq üzvü ötən ilin sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub.

Qəhrəman şəhidin qardaşı Tamerlan Bürcəliyev öz "votçap" paylaşımında İlqarı bu sözlərlə xatırlayıb:

"Keçən il bu dəqiqələr yanına gəlirdik. Yaralı olmağın ümidi ilə...

Yaralı olmanda ümid tapmaq, yaşadığını düşünüb gəlməkdə çox aciz idim. Gəldiyim yerdə sən yoxdun. Sadəcə 1 saat sonra şəhid olmağın xəbərini eşidəcəkdim. Mən heç vaxt buna hazır deyildim. İndi də qəbul etmirəm, etmək də istəmirəm. İlqarım, tez bir zamanda qovuşmaq ümidilə!"

Xatırladaq ki, Tamerlan özü hazırda "Zirə"nin əsas komandasında çıxış edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!