"Zirə"nin Volk(ov)u – BAYILDAN FOTOREPORTAJ

26 Sentyabr 2021 11:00 Zirə 714
"Zirə"nin Volk(ov)u – BAYILDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

16-cı dəqiqədə "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkov Camal Araqonun səhvindən sonra hesabı açıb. 26 yaşlı forvard 40-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

5 dəqiqə sonra Yurgen Qoca hesab arasındakı fərqi azaldıb. İkinci yarıda komandaların bir neçə cəhdi olsa da, görüşdə başqa qol vurulmayıb.

Qələbə sayəsində xallarının sayını 8-ə çatdıran "qartallar" üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 6 xalla 4-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!