“Rəşad Sadıqov Azərbaycan futbolunun ulduzudur - O, mənim üzərimə çox məsuliyyət qoyur”

25 Sentyabr 2021 13:20 Zirə 1 320
“Rəşad Sadıqov Azərbaycan futbolunun ulduzudur - O, mənim üzərimə çox məsuliyyət qoyur”

"Zirə"nin yeni transferi Loris Bronyo baş məşqçi Rəşad Sadıqov barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “qartallar”la 2 illik müqavilə imzalayan belçikalı hücumçu 39 yaşlı mütəxəssisin yüksək intensivlikli oyun üslubuna üstünlük verdiyini vurğulayıb:

"Bu isə mənim xoşuma gəlir. Sadıqov Azərbaycan futbolunun keçmiş ulduzudur. Burada onu hamı tanıyır və hörmət edir.

O, əsl rəhbərdir. Baş məşqçi hamını qanadım altına almağı və təcrübəmi komanda ilə bölüşməyimi istəyir.

Mənim üzərimə çox məsuliyyət qoyurvə bunu yüksək qiymətləndirirəm".

28 yaşlı hücumçunun son klubu "Birşot" olub. O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

Xəbər Lenti