"Rəşad Sadıqovla tez-tez bu məsələlər barədə məsləhətləşirik"

12 Sentyabr 2021 11:40 Zirə 812
"Rəşad Sadıqovla tez-tez bu məsələlər barədə məsləhətləşirik"

"Hazırlığımız normal şəkildə keçdi. İki aya yaxın olar toplanış davam edir.

Divizonda ən cavan kollektivə sahibik. Ən yaşlı futbolçumuz 2000-ci il təvvəllüddür. 2005-ci il doğumlu uşaqlarımız da var.

Pandemiya ilə bağlı müəyyən çətinliklər yarandı. Amma bütün bunlara baxmayaraq işimizi sağlam qurmağa çalışdıq. Demək olar hər həftə 1 yoxlama oyunu keçirdik. Hətta bəzən 2 yoxlama oyunu da keçirirdik. Düşünürəm ki, yeni mövsüm Birinci Divizionda maraqlı "Zirə-2" komandası görəcəksiniz".

Bunu Sportinfo.az-a açıqlamasında yeni mövsümə hazırlıq haqqında danışan "Zirə-2" komandasının baş məşqçisi Azər Məmmədov deyib.

Gənc çalışdırıcı yeni yaranın komandanın qarşısına qoyulan məqsədlərdən də söz açıb: "Bizdə qarşıya hər hansı yeri tutmaqla bağlı hədəf qoyulmayıb. Amma buna rəğmən təbii ki, üst pillələrdə olmağa çalışacağıq. Rəhbərliyin və əsas komandanın baş məşqçisi Rəşad Sadıqovun bizdən tələbi odur ki, perespektivli gənclərə davamlı şans verək və onları üzə çıxardaq. Biz də işlərimizi bu istiqamətdə qurmuşuq".

Zama-zaman əsas komandanın çalışdırıcısı Rəşad Sadıqovun gənc futbolçulara işləmək həvəsi, sevgisi futbol ictimaiyyətində danışılır. Görəsən, bu istiqamətdə Məmmədovla işlər necə qurulub?

"Doğrudur ki, Rəşad müəllim gənclərlə işləməyi xoşlayır. Rəşad Sadıqovla tez-tez bu istiqamətdə məsləhətləşirik. Rəşad müəllim ayrı-ayrılıqda hər bir uşaq haqqında məlumat alır. Bəzi uşaqları əsas komandanın məşqlərinə dəvət edir. Hətta yoxlama oyunlarında onlara şans verir. Komandamıza götürülən yeni gənclərlə bağlı da onunla məsləhətləşirik. Deyərdim ki, Rəşad müəllim ölkəmizdəki cavan perespektivli uşaqların çoxunu tanıyır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"