“Zirə”nin legioneri fasilədə etdiklərindən danışdı

9 Sentyabr 2021 22:20 Zirə 837
“Zirə”nin legioneri fasilədə etdiklərindən danışdı

“Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Baş məşqçimizin nəzarəti altında hər gün gərgin məşqlər edirik. Əsl ailə atmosferi var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Dimitrios Çantakias deyib.

Yunan futbolçu çempionatda buraxdıqları səhvlərdən nəticə çıxardıqlarını bildirərək, gələcəyə ümidlə baxdıqlarını da qeyd edib: “Millilərin oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilə xeyrimizə işlədi. Fasilə müddətində çempionatın ilk 2 turunda etdiyimiz səhvlərə nəzər yetirdik və onların təkrarlanmaması üçün məşqlər etdik. Bundan sonra daha az səhv buraxmağa çalışacağıq”.

Çantakias sentyabrın 11-də “ASK Arena”da “Keşlə” ilə qarşılaşacaqları oyuna ehtiyatla yanaşdıqlarını gizlətmir: “Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Və bu oyunun bizim üçün nə dərəcədə çətin olacağını bilirik. Zədəsiz matç olacağına ümid edirəm. Kim qalib gələcək? Güclü olan”.

“44 nömrə” cari mövsümdə “Qarabağ” və “Neftçi” ilə oyunların hər birində 90 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”