Diniyevi "Zirə"yə aparan səbəb

30 Avqust 2021 17:40 Zirə 1 420
Diniyevi "Zirə"yə aparan səbəb

Coşqun Diniyevin "Sabah"dan qəfil ayrılmasının əsl səbəbi məlum olub.

Sportinfio.az-ın məlumatına görə, yarımmüdafiəçinin “transfer pəncərəsi”nin açılmasına 1 gün qalmış "Sabah"ı Zirə"yə dəyişməsinin əsas səbəbi maliyyə yox, daha çox oynamaq istəyidir.

Masazır təmsilçisində 4 aylıq müqaviləsi olan 25 yaşlı futbolçunun belə istəyi heç də isti qarşılanmayıb. Onun burada oynamaq perespektivi daha az olub.

Belə olan halda, "Zirə"dən daha yaxşı təklif alan Diniyev 4 ayı gözləmədən müqaviləsinə xitam verilməsinə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!