Rəşad Sadıqov deyir ki… İçim özümü yandırır, çölüm özgələri

24 Avqust 2021 09:40 Zirə 1 310
Rəşad Sadıqov deyir ki… İçim özümü yandırır, çölüm özgələri

Qorxu pis şeydir, çox pis.

Daimi stress varlqda depressiya və «panik-atak» yaradır.

«Zirə» hazırda bu mərhələdən keçir. Bu komanda qiyməti və potensialı ortabab futbolçulardan qurulub.

Burada illik müqaviləsi 100 min manat/dolları aşan oyunçu çox azdr.

Hazırkı «Zirə» səviyyə baxmından keçən mövsümdə izlədiyimiz «Zirə»dən azacıq fərq edir. İştirak ərizəsində 10 legoner yer alır, düzdür. Ancaq onların neçəsi lokomotiv olmaq gücündədir?

Bu kimi komandalar yalnız yüksək oyun intizamı və əzmkarlıq hesabına nəticə qazana bilər. Bunun üçün psixoloji durumun da yerində olması şərtdir.

Amma bu, necə olsun?

Keçən həftə verdiyimiz proqnoz özünü doğruldur: hakimlər «Zirə»ni tikib-çevirmək üçün sıraya düzülüb. Biri gedir, biri gəlir, fəqət, biri də ədalətin bayrağını köksünə basıb, onu başının üstündə yelləmir.

Çatan-çatan, belə pis çıxmasın, «yelləmək»lə məşğuldur.

«Qarabağ»a tər-təmiz qol vurulur, yalandan bayraq havaya qalxır – ofsayd! 2 xal belə getdi işinin arxasnca. «Neftçi» gəlir, top müdafiəçisi Huqo Bastonun

əlinə dəyib istiqamətini dəyişir, bu dəfə nə əl qalxır yuxarı, nə də bayraq. «Sistem» elə qurulub, lap saat kimi «çalışır».

Hesab hələ 0:0-dır. Penalti təyin olunmur, bunu siqnal kimi qəbul edən Samir Abasov Harramiz Soareslə Emin Mahmudovu ehtiyat skamyadan qaldırıb, meydana yola salır.

Budur, Mehdi Cənnətov da onları «salamlayır». Bizim kənddə o cür səhvə yol verən qapıçını daş-qalaq edərlər. Emin Mahmudovun

ikinci qolu da «Zirə»nin arxa zonasının passivinə yazılmalıdır. Beş «Zirə»li gözünü bir Eminin ayağına dikir ki, görən, o, topla daha nə edəcək.

Bütün bunlara göz şahidi olan Rəşad Sadıqov üsyan etməlidir də: İçim özümü yandırır, çölüm özgələri.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti