Yenə "Neftçi", yenə hakim, yenə mübahisə – VİDEO+FOTOREPORTAJ

23 Avqust 2021 09:00 Zirə 1 184
Yenə "Neftçi", yenə hakim, yenə mübahisə – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib.

Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 5-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!