Rəşad Sadıqov məğlubiyyəti şərh edib

22 Avqust 2021 21:10 Zirə 964
Rəşad Sadıqov məğlubiyyəti şərh edib

"Maraqlı oyun oldu. Xüsusilə, ikinci hissə yaxşı alındı. Hava şəraiti ilk yarıda tempə təsir edirdi".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandası üçün oyun pis getmirdi: "Rəqibin səhvini gözləyirdik. Oyunu bərabərləşdirdiyimiz anda o cür qol buraxmağımız komandaya pis təsir etdi. Ancaq oyundan qopmadıq. Əks-hücumdan qol buraxdıq. Bununla belə, mübarizə apardıq. Fərqi azaltdıq, amma vaxt yetmədi. “Neftçi”ni təbrik edirəm".

Digər Xəbərlər
Xəbər Lenti