5000 avro istədi, vermədilər, Azərbaycana gəldi

22 Avqust 2021 10:40 Zirə 1 482
5000 avro istədi, vermədilər, Azərbaycana gəldi

"Zirə"nin heyətinə qatdığı Loris Broqnonun Niderlanddan gələn təklifi qəbul etməməsinin səbəbi məlum olub.

Paytaxt təmsilçisindən əvvəl "Nak Breda" 29 yaşlı hücumçunu sıralarıına qatmaq istəyib.

Sadəcə, onunla maliyyə şərtlərində razılığa gələ bilməyiblər. Belçikalı legionerin 5000 avro maaş tələbi "Nak Breda" rəhbərliyi tərəfindən qəbul görməyib.

"Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb. 28 yaşlı forvardın son klubu "Birşot" olub.

O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!