“Zirə”nin futbolçusu Ağabala Ramazanov transfer pəncərəsinin sonlarında klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin kapitanının “Neftçi”yə keçməsi gözlənilir.
Namiq Ələskərovun gedişindən sonra hücum xəttində ciddi problemlər yaşayan Bakı klubunun Ağabala ilə danışıqlara başladığı iddia olunur.
Zədədən əziyyət çəkdiyindən ilk turda əvəzetmə ilə meydana çıxan forvardın yetirməsi olduğu və hələ avrokuboklarda mübarizə aparan komandaya keçməsi real hesab edilir.
Hərçənd futbolçunun qardaşı və meneceri Zaur Ramazanov bu xəbəri təkzib edib: “Belə bir məsələ yoxdur. Ağabala hazırda “Zirə”nin düşərgəsindədir. Onun ayağında yırtıq var”.
28 yaşlı hücumçu 2020-ci ildən “Zirə”nin uğurları üçün çalışır.

