Niderland klubundan imtina etdi, "Zirə"nin yolunu tutdu

19 Avqust 2021 12:40 Zirə 1 057
Niderland klubundan imtina etdi, "Zirə"nin yolunu tutdu

Dünən "Zirə"nin heyətinə qatdığı belçikalı Loris Broqnonun karyerasını Niderlandda davam etdirmək ehtimalı olub.

Sportinfo.az "Bndestem" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisindən əvvəl "Nak Breda" 29 yaşlı hücumçunu transfer etmək istəyib.

"Zirə" oyunçuya Breda klubuna nisbətən daha yüksək maaş təklif edib. Broqno bu səbəbdən Azərbaycanda oynamağı üstün tutub.

"Zirə" Loris Broqno ilə 2 illik müqavilə imzalayıb. 28 yaşlı forvardın son klubu "Birşot" olub.

O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti