“Zirə”nin 11-ci transferi belçikalı yarımmüdafiəçi oldu

18 Avqust 2021 17:40 Zirə 1 268
“Zirə”nin 11-ci transferi belçikalı yarımmüdafiəçi oldu

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Sportinfo.az klubun "feysbuk" səhifəsinə istinadən məlumat verir ki, belçikalı Loris Broqno ilə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı yarımmüdafiəçinin son klubu "Birşot" olub.

O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

“Zirə” bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov, Velvis Damakena, Felipe Paxtman, Məhəmməd Hamdui və Gyorqi Stoilovu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!