Məşhur şirkətlə anlaşma Premyer Liqa klubuna nə qədər maliyyə qazandırdı?

17 Avqust 2021 21:00 Zirə 1 809
Məşhur şirkətlə anlaşma Premyer Liqa klubuna nə qədər maliyyə qazandırdı?

Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında avqustun 13-də sponsorluq və əməkdaşlığa dair müqavilə imzalandı.

Artıq komandanın formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkündür.

Burada əsas məqsəd “Zirə” PFK-ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.

Bu tərəfdaşlıq uzunmüddətli nəzərdə tutulub. Mobil operatorun yeni start götürən cari mövsüm üçün “qartallar”a ödəyəcəyi məbləğ də məlumdur.

Belə ki, son sövdələşmə qəsəbə təmsilçisinə 500 min manat qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!