Hakimlər “Zirə”yə qarşı niyə belə qərəzlidir? - VİDEO

17 Avqust 2021 17:00 Zirə 1 475
Hakimlər “Zirə”yə qarşı niyə belə qərəzlidir? - VİDEO

«Zirə» qaldığı yerdən yoluna davam edir.

Bu yolun üstündə həm rəqiblər var, həm də… hakimlər.

Rəşad Sadıqovun narahat və nigaran günləri arxada qalmayıb. Hakim tayfası bundan sonra da onun əsəbləriylə oynamaqdan imtina edənə oxşamır.

«Qarabağ»la qarşılaşmada sayılmayan təmiz qolu Rauf Cabbarovun sərəncamındakı briqadanıın insafına və vicdanına yazıram. Təbii, bu hiss onlarda varsa, qalıbsa.

Bir Elçin Məsiyev yox imiş. Bir Rauf Cabbarov da varmış. Mənzərə qorxuludur: sabah bir Elçin, bir Rauf da çıxacaq «Zirə»nin qənşərinə.

Sifariş belə gəlib – yerinə yetirilməlidir. Sadıqov burada nəticə/uğur əldə etməməlidir, əzilməlidir, hədəflərindən uzaq salıınmalıdır.

Bu, AFFA-da əyləşən bir qruppa maraqlıdır. Sadıqovun adı və çəkisi bu adamları hər yerdə və hər addımda qorxuya salır, titrədir.

Onun komandasına qarşı qəsd-qərəzdən adrenalin alırlar sanki. Yaxşı, əla, super, bax belə – hakimlərin «Zirə» əleyhinə hər kobud səhvi ürəklərinə yağ kimi yayılır.

Görünən budur ki, zövq alırlar bundan. Məqsəd var axı işin içində. Rəşad Sadıqovu qalmaqala çəkmək, özündən çıxarmaq, neqativ fonda təqdimatını etmək üçün.

Hakimlərə tapşırıq gəlməyibsə, niyə ilk turdan başlayaraq, bu cür «səhv»ə yol versinlər ki..?

«Siftə»ni belə gətiriblərsə, növbəti həftələrdə nə hoqqalardan çıxacağını gözümün önündə canlandırıram.

Sadəcə, dəhşət!:

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti