Onları stadiona niyə buraxmayıblar? - AÇIQLAMA

16 Avqust 2021 22:20 Zirə 1 535
Onları stadiona niyə buraxmayıblar? - AÇIQLAMA

Azərbaycan Premyer Liqasının birinci turunda baş tutan "Zirə" - "Qarabağ" görüşü rəqib komandanın "İmarət" azarkeş qrupu üçün gözlənilməz halla yadda qaldı.

Belə ki, çox sayda qrup üzvü oyun üçün Zirəyə gəlsə də onların stadiona girmələri mümkün olmayıb.

Çarəsiz qalan fanatlar kor-peşman geri qayıtmalı olublar.

Başverənlərlə bağlı "İmarət" azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Quliyev Sportinfo.az-a bunları dedi:

"Pandemiya ilə bağlı bildiyimiz kimi satdionlara azarkeş qadağası var. Arenaların tutumundan az azarkeşə icazə verilir.

Bu səbəbdən qonaq azarkeşlər üçün ayrılan yer sayı da hər zaman ayrılandan az idi.

Bizdən öncə "Qarabağ Ordu" azarkeş qrupu stadiona gəldiyi üçün qonaq sektorda yerlər dolmuşdu. Ona görə də bizim stadiona girişimiz mümkün olmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti