Fəxri prezidentin komandadan gözləntisi nədir?

15 Avqust 2021 09:40 Zirə 1 147
Fəxri prezidentin komandadan gözləntisi nədir?

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun yeni start götürən mövsümlə bağlı arzusu məlum olub.

Komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşən klub rəhbəri onlara bu barədə öz fikrini bildirib.

O.Məmmədov kollektivi avrokuboklara vəsiqə qazanan iştirakçılar arasında görmək istədiyini söyləyib.

Fəxri prezident vurğulayıb ki, bu yolda komandaya istənilən şərait yaradılıb və bundan sonra da dəstək olmaqda davam edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!