"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşüb.
Sportinfo.az xəbər verir ki, klub rəhbəri Azərbaycan Premyer Liqasında ilk turun "Qarabağ"a qarşı ev oyununda və yeni mövsümdə kollektivə uğurlar arzulayıb.
O, ilk iki turda "Zirə"ni çempionatın favoritləri "Qarabağ" və "Neftçi"yə qarşı maraqlı oyunların gözlədiyini vurğulayıb:
"Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".
"Zirə" 2020/2021 mövsümünü 4-cü pillədə başa vurub.

