Rəşad Sadıqov onu "Kayserispor"dan "Zirə"yə gətirdi

12 Avqust 2021 13:00 Zirə 2 690
Rəşad Sadıqov onu "Kayserispor"dan "Zirə"yə gətirdi

Ötən ilin yanvarında «Qarabağ»ı «Kayserispor»a dəyişən Radişa Milosavljeviç yenidən Azərbaycana qayıdıb.

Sportinfo.az-ın məlumatına görə, tanınmış həkim-fizioterapevt bundan sonra «Zirə»də fəaliyyət göstərəcək.

Rəşad Sadıqovun şəxsən yaxşı tanıdığı və işinə bələd olduğu serbiyalı qəsəbə klubu ilə 1 illik müqavilə imzalayıb.

Balkanlı tibb mütəxəssisi uzun illər Azərbaycanda çalışıb. Onun buradakı ilk iş yeri «Bakı» olub.

Bojidar Bandoviçin dəvəti ilə ölkəmizə gələn «Riki» daha sonra Qurban Qurpbanovun dəvəti ilə «Qarabağ»a gedib. Robert Prosineçki onu ötən ilin əvvəlində Türkiyəyə dəvət edib.

Xorvatiyalıı baş məşqçi «Kayserispor»dan ayrılandan sonra o da işsiz idi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM