Bu forvardı istəyənlər arasında Azərbaycan klubu da var

21 İyul 2021 16:40 Zirə 2 382
Bu forvardı istəyənlər arasında Azərbaycan klubu da var

Yay fasiləsində “Zirə” ilə yollarını ayıran Klesio Bauk yeni komanda axtarışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Həmkarlarımızın yazdığına görə, mozambikli hücumçunun bir neçə ölkədən təklifi var.

27 yaşlı forvardı istəyənlər arasında Azərbaycan klubu da var. Lakin sabiq “Qəbələ”li ölkəmizdə oynamaq fikrində deyil.

“Benfika”nın yetirməsi 6 il əvvəl ayrıldığı Portuqaliyaya qayıtmaq istəyir. Hazırda o, “Maritimo” ilə danışıqlar aparır.

Klesio Bauk 2019/20 mövsümünü “Qəbələ”də, ötən mövsümü isə “Zirə”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi