Rəşad Sadıqov: "Əsas olan futbolçuların yüklənməsi idi"

10 İyul 2021 09:20 Zirə 1 244
Rəşad Sadıqov: "Əsas olan futbolçuların yüklənməsi idi"

"Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"la qolsuz başa çatan yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk oyun olduğuna görə bəzi şeylər alınmırdı:

"Əsas olan oyundan çox, futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik.

Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək".

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!