Azərbaycanın tanınmış futbolçusu rəsmən “Zirə”də

26 İyun 2021 14:20 Zirə 1 000
Azərbaycanın tanınmış futbolçusu rəsmən “Zirə”də

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Qəsəbə təmsilçisi rəsmi saytı vasitəsilə Sportinfo.az-ın dünən yaydığı məlumatı təsdiqləyib.

Belə ki, klub Ruslan Abışovla müqavilə bağladığını açıqlayıb.

34 yaşlı müdafiəçi 2021/2022 mövsümünün sonunadək "Zirə"nin formasını geyinəcək.

Ruslan Abışov daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə", "Sabah", həmçinin Rusiyanın "Rubin" klubunun şərəfini qoruyub. Abışov Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!