“Zirə” 4 ay əvvəl gətirdiyi hücumçunu saxlamadı

7 İyun 2021 20:20 Zirə 798
“Zirə” 4 ay əvvəl gətirdiyi hücumçunu saxlamadı

“Zirə”də “təmizləmə işləri”ni davam etdirir.

Sportinfo.az-ın məlumatına görə, bu dəfə növbə Fakundo Meliviloya çatıb.

“Qartallar” martın əvvəlində 4 aylıq müqavilə bağladığı argentinalı hücumçunun qalmasında maraqlı olmayıb.

28 yaşlı legioner daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

Qəsəbə təmsilçisi ondan öncə Rodriqo Bonqonqui, Mateus Albino, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk və Elvin Camalovla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"