"Zirə"yə keçdiyim üçün peşman deyiləm, amma..."

30 May 2021 15:00 Zirə 1 613
"Zirə"yə keçdiyim üçün peşman deyiləm, amma..."

"Hələ vaxtım var. Heç yerə getməyə tələsmirəm. Heç kimlə danışıq aparmıram"

Bu sözləri Sportinfo.az-a açıqlamasında mövsümün sonu "Zirə"dən ayrılan Ruslan Qurbanov deyib.

Qurbanov son mövsüm "Zirə"də az şans qazanmağını belə izah edib: "Sonuncu dəfə zədələndiyim üçün 20 gün oynamadım. Ondan əvvəl hər şey qaydasındaydı. Rəşad müəllimin niyə oynamaq üçün çox şans vermədiyini bilmirəm. "Zirə"də heç də zəif oynamadım. Bunu hamı bilir. Allahın köməyilə mütləq klubsuz qalmayacam. Amma hazırda futbolu düşünmürəm".

Təcrübəli futbolçu başverənlərə rəğmən "Zirə"yə keçdiyi üçün peşman olmadığını da sözlərinə əlavə edib: "Zirə"yə keçdiyim üçün peşman deyiləm. Mənim üçün müəyyən təcrübə oldu. Amma daha çox oynayacağımı düşünürdüm. Ancaq bu, olmadı. Hər məşqçinin öz baxışları var və bu da normaldı".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi