Rəşad Sadıqovdan bir-birindən MARAQLI AÇIQLAMALAR - VİDEO

15 May 2021 10:40 Zirə 1 082
Rəşad Sadıqovdan bir-birindən MARAQLI AÇIQLAMALAR - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib:

"Maraqlı oyun alındı. Adətən çempionatın son oyunları psixoloji cəhətdən gərgin keçir, amma hər iki komanda bunu hiss elətdirmədi ki, son oyunlardan biridi.

utbolçular ilk dəqiqələrdən meydanda istəkli idi. Meydanın hər qarışığı uğrunda mübarizə aparırdılar. İkinci hissədə bizim də, rəqibin də yaxşı hücumları oldu.

Amma ikinci hissədə daha inamlı başladıq, böyük qüvvə ilə irəli atıldıq. Qələbə qazanmaq istəyirdik. İki qol vurduqdan sonra futbolçularda psixoloji olaraq hesabı qorumaq istəyi formalaşdı beyinlərində.

İkinci qoldan sonra oyun bizim üçün çətin keçdi. Şükürlər olsun ki, rəqib sonrakı müddətdə fərqlənə bilmədi və biz qələbə qazandıq. Qarşıda bir oyunumuz qalıb.

O matça köklənəcəyik. Çox sevinib, bayram etməyə vaxtımız yoxdu. 4 gün sonra “Sabah”a qarşı səfərdə oynayacağıq.

Düşünürəm ki, futbolçular da məsuliyyətini başa düşür. Bu oyunu bir kənara qoyub “Sabah”la oyuna köklənmək lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı