Rəşad Sadıqov: "Əlimizdən gələni edəcəyik ki..." - VİDEO

10 May 2021 13:40 Zirə 1 185
Rəşad Sadıqov: "Əlimizdən gələni edəcəyik ki..." - VİDEO

"Oyun gərgin keçdi. Köklənmişdik, qələbə qazanmaq istəyir, 3 xalın bizim üçün çox vacib olduğunu bilirdik. Amma alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandası görüşə pis başlasa da, ikinci hissədə oyununu qaydasına sala bilib: "Müəyyən qol epizodları əldə etdik. Rəqibin də yaxşı əks-hücumları olurdu, lakin onlar imkanlarından yararlana bilmədilər".

Sadıqovun fikrincə, komandasının hədsiz yorğunluğu 10-15-ci dəqiqələrdən hiss edilməyə başlayıb: "6-7 oyundur 4-5 günlük fasilələrlə meydana çıxırıq.

Futbolçularımızın belə sıx qrafikdə oynamaqda çətinlik çəkdiklərini hamımız bilirik. Bundan ötrü fiziki kondisiya və geniş heyət lazımdır.

Bəzi oyunçuların dincəlmələri və ikinci hissədə daha gümrah olmaları üçün müəyyən rotasiyalar etdik. Bu, effekt versə də, qələbəyə çevirə bilmədik. Qarşıdakı turlarda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr göstərək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!