AFFA “Zirə“ni kubokdan “oğurlayan“ hakimə cəza vermək istəmir

1 May 2021 17:40 Zirə 1 281
AFFA “Zirə“ni kubokdan “oğurlayan“ hakimə cəza vermək istəmir

AFFA “Zirə“ - “Keşlə“ matçında qalmaqallı qərarları ilə yadda qalan Elçin Məsiyev və onun köməkçilərini cəzalandırmaq niyyətində deyil.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Hakimlər və Hakm-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik Zirəyə göndərdiyi briqadanın işi ilə bağl hesabat hazırlayıb.

Avstriyalı funksioner hakimlərin mübahisə doğuran bütün qərarlarının haqlı olduğunu iddia eləyib. Stuxlik hakimlərin 1-2 epizod xaricində heç bir ciddi səhvə yol vermədiyini söyləyib.

Olayın mərkəzində 67-cim dəqiqədə baş verən hadisə gəlir. Belə ki, “Keşlə”nin hücumçusu Anatole Abanqın “Zirə”nin müdafiəçisi Lazar Corceviçə zərbə endirib.

Bundan sonra isə serbiyalı legioner onu təxribata çəkən rəqibini vurub. Ancaq görüşün baş hakimi Elçin Məsiyev yalnız “Zirə”nin futbolçusunu cəzalandıraraq ona qırmızı vərəqə verib, komandanın qapısına isə 11 metrlik cərimə zərbəsi təyin edib.

Bu epizoda görə özündən çıxan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu da hakimə sərt şəkildə etiraz edib və qırmızı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!