“Kür-Nur”un davamçısı gəldi – 15 il sonra

30 Aprel 2021 21:00 Zirə 1 715
“Kür-Nur”un davamçısı gəldi – 15 il sonra

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Keşlə” və “Zirə” arasındakı oyunlarında 8 qol vurulub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mərhələnin rekordunun təkrarıdır.

İndiyədək yalnız bir dəfə yarımfinal cütündə rəqiblər bu qədər qola imza atıb. 1994/95 mövsümündə “Kəpəz”lə “Kür-Nur” hər iki görüşdə heç-heçə edib – 3:3, 1:1. Mingəçevir təmsilçisi yalnız səfər qollarına görə finala yüksəlib.

26 ildən sonra təkrarlanan rekord zamanı da səfər qolu həlledici olub. Öz meydanında 1:2 hesabı ilə uduzan “Keşlə” səfərdə əlavə vaxtda qələbəyə sevinib – 3:2.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM