Rəşad Sadıqov: "Şükürlər olsun, öhdəsindən gələ bildik"

29 Aprel 2021 11:20 Zirə 784
Rəşad Sadıqov: "Şükürlər olsun, öhdəsindən gələ bildik"

"Problemlərimiz göz qabağındadır".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova aiddir.

Gənc mütəxəssis cari mövsümdə üzləşdikləri çətinliklərdən söz açıb: "Adətən, çempionat qışadək bir tempdə keçir, qışdan sonra fərqli olur.

Digər səbəb, "Neftçi" ilə kubok və çempionat matçlarımızdan sonra heyətdə itkilər olmağa başladı. Demək olar ki, 6-7 turdan sonra ötən matçda optimal heyətlə meydana çıxdıq.

Bəlkə də çempionat ərzində ən çox itkilər bizdə olub. Düzdür, son vaxtlar "Qarabağ" da itkilərlə üzləşib. Şükürlər olsun, öhdəsindən gələ bildik.

Düşünə bilərlər ki, "Zirə" 6-7 oyundur qələbə qazana bilmir. Amma mən fərqli baxıram. Kimsə çempionatın əvvəlində, kimsə ortasında, kimsə də sonlarında çox xal yığır.

Daha yaxşısını edə bilərdik. Amma bu da pis deyil. Bəzi oyunlarda nəticəyə təsir edən hakim səhvləri oldu. Bütün problemləri nəzərə alsaq, bugünkü durumumuzdan razıyam".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”