Rəşad Sadıqov razılaşmadı: "Adam hər şeyi deyə bilmir"

27 Aprel 2021 11:20 Zirə 683
Rəşad Sadıqov razılaşmadı: "Adam hər şeyi deyə bilmir"

"Bir komandanın fəlsəfəsi praqmatik oyun üzrəində qurulubsa, "Keşlə" ilə kubok matçında elə hücum futbolu oynaya bilməz".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Qəsəbə təmsilçisi ilə uğurlu qrafik cızan gənc mütəxəssis praqmatik futbol oynatması iddiasını qəbul etmir:

"Bu fikirlərlə qəti razı deyiləm. Ümumiyyətlə, mənim fəlsəfəmdə praqmatik futbol yoxdur. Ümumi götürsək, komanda birinci etibarlı müdafiədən qurulmalıdır.

İlk növbədə öz qapının qarşısında rəqibə qol imkanı verməməlisən. Rəqib 4-5 qol imkanı yaxalasın, amma sonda biz qalib gələk - mənə belə qələbə lazım deyil. Bu, müvəqqəti uğurdur.

Müdafiən etibarlı deyilsə, sabit nəticə qazanan komanda qura bilməzsən. Bir çox oyunlarda topa nəzarətimiz rəqibdən daha çoxdur. Praqmatik oyun sərgiləyən komandanın göstəricisi belə olmur.

Ona görə də bu, düzgün fikir deyil. Praqmatik futbolda oyunu əks-hücumlardan qurursan. Bizdə isə belə deyil. Adam hər şeyi deyə də bilmir.

Razıyam, bəzi matçlarda oyunu müdafiədən qururuq. Bu da taktiki gedişdir və hər rəqibə şamil olunmur".

Digər Xəbərlər
Xəbər Lenti