"Zirə"li futbolçu üçün...

26 Aprel 2021 16:40 Zirə 488
"Zirə"li futbolçu üçün...

“Zirə”nin futbolçusu Elvin Camalov Premyer Liqada 150-ci oyununu keçirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 24-cü turda gerçəkləşib.

O, “Sumqayıt”la ev görüşünə (0:0) sonradan çıxıb.

Elvin Premyer Liqada iki klubun formasını geyinib. 2013/14 mövsümündə “Qəbələ”nin heyətində debüt edən futbolçu, 2019/20 mövsümündən “Zirə”nin uğurları üçün çalışır.

Digər Xəbərlər
Xəbər Lenti